AZ

QHT Koalisiyası bu platformaların bloklamasını istəyir - MÜRACİƏT

İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyası informasiya və kommunikasiya texnologiyaları sahəsində məsul qurumlara müaciət edib.

“Cebheinfo.az”-a daxil olan müraciətdə deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzv təşkilatları olaraq, internet resurslarında geniş şəkildə fəaliyyət göstərən və reklam olunan tanışlıq proqramları və tətbiqləri ilə bağlı ciddi narahatlığımızı bildiririk.

Söhbət ənənəvi sosial şəbəkələrdən deyil, yalnız tanışlıq məqsədilə yaradılmış və anonim ünsiyyətə şərait yaradan rəqəmsal platformalardan gedir. Araşdırmalar və ilkin monitorinqlərimiz göstərir ki, bu tip tətbiq və platformalar əxlaqsızlıq halları, cinsi istismar, hədə-qorxu, şəxsi məlumatların oğurlanması və daha da təhlükəlisi - insan alverinin rəqəmsal müstəvidə yeni formalarının yayılması üçün münbit zəmin yaradır.

Bu platformalarda xüsusilə yeniyetmə və gənclərin iştirakı ilə ciddi təhlükəli davranış modelləri formalaşmaqdadır və bu, Azərbaycan Respublikasının milli təhlükəsizliyi, ictimai əxlaqı və insan hüquqları baxımından ciddi risklər daşıyır.

Biz bu tətbiqlər vasitəsilə:

Koalisiya qeyd olunan təhlükələri nəzərə alaraq informasiya və kommunikasiya texnologiyaları sahəsində səlahiyyətli dövlət orqanlarını və platformaları tənzimləyən qurumları bu çağırışa cavab verməyə və aşağıdakı tədbirləri həyata keçirməyə çağırır:

Sizi bu sahədə məsuliyyətli qərarlar verməyə və insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin səsinə səs verməyə çağırırıq”.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr