AZ

Mərhum QHT sədrinin övladlarına yazdığı məktub...

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova mərhum həyat yoldaşı, "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşovun övladlarına ünvanladığı səmimi və təsirli sözlərini ictimaiyyətlə bölüşüb.

QHT.az xəbər verir ki, Telman Dadaşov ömrünün son illərində yaşadığı hissləri qələmə alaraq, övladlarına olan dərin sevgisini və onlardan gördüyü qayğını yüksək qiymətləndirib:

"Həyatda məndən varlı insan yoxdur – düzünü desəm, o qədər də pulum, varım yoxdur. Amma mənə Allah-Təala elə övladlar bəxş edib ki, onlar mənim üçün ölçüyəgəlməz bir sərvətdir. Allaha həmişə şükür edirəm ki, mənim sizin kimi ataya bağlı, ata dəyərini bilən övladlarım var."

Telman Dadaşov qeyd edib ki, 2018-ci ildə xəstələndiyi zaman övladları onun üçün əlindən gələni əsirgəməyib:

"Siz mənim üçün gecə-gündüz növbə ilə keşiyimi çəkdiniz, ən yaxşı həkimləri gətirdiniz, xəstəxanada mənə yüksək qayğı göstərilməsi üçün heç nədən çəkinmədiniz. Pərviz xəstəxanaya dolu pul çantası ilə gələr, boş qayıdardı. Elşən gecələr yanımda qalardı. Ramil isə rayonda anasının yanında ona dəstək olardı. Siz hər biriniz övladlıq borcunuzu layiqincə yerinə yetirdiniz."

Qeyd edək ki, mərhum QHT sədri bu sözləri ailəyə və ata-oğul münasibətlərinə verdiyi önəmi bir daha nümayiş etdirir.

 

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr