AZ

Arif Məmmədovun vəfat səbəbi açıqlandı – Yenilənib


Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.

***10:21 
Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Onun hansı səbəbdən dünyasını dəyişməsi barədə məlumat verilməyib.
Bildirilib ki, A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.
Seçilən
12
12
yeniavaz.com

10Mənbələr