AZ

Elşad Əhmədovun ardınca o da "Neftçi"dən ayrıldı - Yeni təyinat oldu

“Neftçi” Futbol Akademiyasında növbəti dəyişiklik reallaşıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Elşad Əhmədovun ardınca akademiyanın texniki direktoru Camal Bülbül də paytaxt təmsilçisindən ayrılıb.

Artıq Əhmədovu əvəz edən mütəxəssis də bəllidir. Klub rəhbərliyi Namiq Adilovu akademiyanın koordinatoru vəzifəsinə gətirib.

Adilov bundan öncə MOİK klubunda, o cümlədən aşağı yaş qrupları üzrə yığmalarda çalışıb. Onun son iş yeri U-18 olub, millidə İlham Yədullayevin köməkçisi işləyib.

Mirağa

Seçilən
12
1
fanat.az

3Mənbələr