Ukrayna prezidenti Volodimir Zelenski Kursk əməliyyatının birinci ildönümü ilə bağlı öz Telegram kanalında paylaşım edib.
Dövlət başçısı həmin əməliyyatın videogörüntülərini paylaşaraq yazıb:
“Ukraynalılar bir daha dünyaya sübut etdilər ki, Rusiyanı öz yerinə qoymaq və onun hücumlarına adekvat cavab vermək tamamilə mümkündür”.
Zelenskinin sözlərinə görə, Kursk əməliyyatı “həqiqətən xüsusi” xarakter daşıyıb. O bildirib ki, bu əməliyyat nə dünya kəşfiyyat xidmətləri, nə də Rusiya tərəfindən öncədən proqnozlaşdırıla bilmişdi.
Musavat.сom