Qazaxıstanın Alakol gölünün şərq sahilində beynəlxalq sağlamlıq kompleksinin inşası planlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə Abay vilayətinin icra hakimiyyəti məlumat verib.
Məlumata əsasən, layihə Abay vilayətinin akimi Berik Uali, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Biznesin İnkişafı Fondunun nümayəndələri arasında müzakirə olunub.
Azərbaycan tərəfi eyni anda 800 nəfəri qəbul edə biləcək turizm obyektinin layihəsini təqdim edib.