AZ

“Portu”nun əfsanəsi Jorje Koşta vəfat etdi

“Portu”nun əfsanəsi, portuqal keçmiş mərkəz müdafiəçisi və kapitanı Jorje Koşta ürək tutmasından 53 yaşında vəfat edib.

Arena.az bu barədə “Portu”nun mətbuat xidmətinə istinadən məlumat verir.

“Əjdahalar” məlumat veriblər ki, Koşta avqustun 5-də Portunun San-Juan xəstəxanasında dünyasını dəyişib.

Futbolçu ikən mərkəz müdafiəçisi mövqeyində çıxış etmiş Jorje Koşta “Portu”nun məzunudur. Koşta karyerasının böyük hissəsini məhz “əjdahalar”ın uğurları üçün çalışıb.

Ümumilikdə Koşta “Portu” üçün 325 oyun keçirib, 20 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Jorje Koşta 1993-cü ilin mart ayında debüt etdiyi Portuqaliya yığması üçün 40 oyun keçirib, 2 qol vurub və 1 məhsudlar ötürmə verib.

Koşta “Portu” ilə Portuqaliya çempionatının (8 dəfə), Portuqaliya Kubokunun (5 dəfə), Portuqaliya Super Kubokunun (6 dəfə), Çempionlar Liqasının (2003/2024), UEFA Kubokunun (2002/2003), FIFA Qitələrarası Kubokun (2004) qalibi olub, həmçinin Portuqaliyanın U-20 komandası ilə 1991-ci il dünya çempionluğunu qazanıb.

Xatırladaq ki, Koşta “Portu”nun baş idarəçisi vəzifəsində çalışırdı.

Seçilən
45
44
arena.az

10Mənbələr