AZ

Qadınların işdən çıxartdığı Fərhad Pərvizidən tənqidlərə CAVAB

Son günlər iqtisadçı - ekspert Fərhad Pərvizinin işdən azad olunması ilə bağlı yayılan məlumatlar sosial şəbəkələr və mediadçox müzakirə olunur. 

Məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri isə ekspertin çıxışı fonunda qadınlar tərəfindən işdən çıxarıldığı barədə yayılan iddialardır. Lakin 5 avqust tarixində şirkət tərəfindən yayılan rəsmi açıqlamada bildirilir ki, Fərhad Pərvizi 4 avqust 2025-ci il tarixində şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb. 

Buna baxmayaraq, mediada geniş şəkildə yayılan “Ekspert qadınlar tərəfindən işdən çıxarıldı” başlıqlı xəbərlərin arxasında nə dayanır? Bütün bu proseslər fonunda onun gələcək planları nədir? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Fərhad Pərvizi bildirib ki, gələn həftə bundan sonrakı planlarım ilə bağlı bütün sualları cavablandıracaq: 

“Bundan sonrakı planlarımla bağlı  yaxın günlərdə ətraflı açıqlama veriləcək. Gələn həftə geniş müsahibəm dərc olunacaq, orada bütün məsələlərə aydınlıq gətiriləcək”. 

Sosial şəbəkələrdə onu tənqid edənlərlə bağlı Fərhad Pərvizi qeyd edib ki, hər kəs öz fikrini azad şəkildə səsləndirə bilər: 

"İşdən çıxmağımla bağlı daha öncə şərh vermədiyimi demişəm. Yəni işdən çıxarılmağımı təsdiqləməmişəm. Sosial şəbəkələrdə məni tənqid edənlərə gəlincə, bu, söz azadlığıdır. Azərbaycan azad ölkədir. Hər bir insan istədiyini edə, fikrini sərbəst şəkildə ifadə edə bilər. Buna başqa nə demək olar ki? Bu baxımdan heç bir narahatlığım yoxdur”. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr