AZ

Dünya çempionu vəfat etdi

Almaniya millisinin sabiq futbolçusu Frank Mill 68 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, o, avqustun 4-dən 5-ə keçən gecə ağır ürək tutmasından dünyasını dəyişib.

Mill karyerası ərzində "Borussiya Mönhenqladbax", "Borussiya Dortmund", "Fortuna Düsseldorf" və "Rot-Vays Oberhauzen" klublarının formasını geyinib. O, peşəkar səviyyədə ümumilikdə 647 oyunda 252 qol vurub və 47 məhsuldar ötürmə ilə yadda qalıb.

Frankın karyerasının ən böyük uğuru 1990-cı ildə dünya çempionu olmasıdır. Hərçənd, həmin mundialda meydana çıxmamışdı.

Mill həm də Almaniyanın olimpiya yığmasının tarixində ən çox qol vuran futbolçudur - 10 qol. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Elə həmin il Almaniyada keçirilən Avropa çempionatında da milli komanda ilə üçüncü yeri tutub.

Seçilən
92
44
publika.az

10Mənbələr