AZ

Təhlükə: çimərliklər, otellər və düşərgələr boşaldılıb - Foto

Təhlükə:

İspaniyada sürətlə yayılan yanğından sonra kurort şəhəri Tarifa yaxınlığındakı çimərliklər, otellər və düşərgələr boşaldılıb.

Reyting.az
-ın məlumatına görə, İspaniyada məşhur çimərlik olan Valdevaquerosun yaxınlığındakı düşərgədə yanğın baş verib.

Alovun sürətlə yayılması ilə əlaqədar səlahiyyətlilər ölkənin cənubundakı Tarifə kurort şəhəri yaxınlığında çimərlikləri, otelləri və düşərgələri boşaltmaq məcburiyyətində qalıblar.

Təcili yardım briqadaları günəş vannası qəbul edənləri və turistləri yanğın zonasını əhatə edən çimərliklərdən evakuasiya edərkən, sahil xətti üzərində sıx tüstü buludları qalxıb.

Tarifanın meri Antonio Santos vəziyyəti görünməmiş bir hadisə kimi xarakterizə qiymətləndirib: "Bu, indiyə qədər gördüyüm ən sürətlə yayılan yanğındır".



O qeyd edib ki, yanğın otellərin sıx məskunlaşdığı N-340 magistral yolu boyunca başlayıb və ilkin tapıntılar onun karvanda başladığını göstərir.

N-340 magistralının ən azı 9 km-lik hissəsi qatı tüstü səbəbindən nəqliyyat üçün bağlanıb və yanğının bölgədəki şam meşələri, əkinçilik sahələri və əkin sahələrinə doğru irəlilədiyi bildirilir.

V. QULİYEV
Seçilən
57
1
reyting.az

2Mənbələr