AZ

Gürcüstanın avrokuboklarda bir təmsilçisi belə qalmadı! - şərh

İyulun 29-31-i aralığında keçirilən oyunlarla Konfrans Liqasında (KL) 2-ci təsnifat mərhələsi sona çatdı. Üç gün ərzində 50 cavab oyununun həyəcanı yaşandı.

"Football-plus.az" xəbər verir ki, təmsilçilərimiz ümumilikdə qənaətbəxş nəticə göstərdilər: “Sabah” səfərdə 2:0 hesabıyla qalib gəldiyi “Petrokub”u Bakıda da məğlub etdi (4:1), “Araz-Naxçıvan” evdə 2:1 hesabıyla üstələdiyi “Aris” ilə Yunanıstanda heç-heçə (2:2) etməklə mərhələni adladı. Yalnız “Zirə” öz meydanında 1:1 hesabına razılaşdığı “Hayduk”a Xorvatiyada uduzaraq (1:2) qitə kuboklarında mübarizəni dayandırdı. Ədalət naminə “Zirə”nin Xorvatiyanın adlı-sanlı klubu ilə oyunlarda yaxşı təsir bağışladığını qeyd etməliyik.

Klublarımızın potensial rəqiblərinin oyunlarını da qeyd edək. “Araz-Naxçıvan”ın potrensial rəqiblərinin ilk matçında bir qol qeydə alınmışdı: “Omoniya” Cənubi Kiprdə “Torpedo”ya qalib gəlmişdi. Adalılar Gürcüstanda 4 cavabsız qolla rəqibinə heç bir şans vermədilər. KL-in 2-ci təsnifat mərhələsində “Dila”, “Spaeri” və “İberiya” da mübarizəni dayandırdı. Nəticədə Gürcüstanın avrokuboklarda bir təmsilçisi belə qalmadı. Qonşularımızın hazırda UEFA-nın əmsallar cədvəlində 55 ölkə arasında 52-ci yerdə olduğunu da bildirək.

2-ci təsnifat mərhələsi, cavab oyunları
SABAH (AZƏRBAYCAN) - Petrokub (Moldova) 4:1 (ilk oyun - 2:0)
Mikels, 22; 28; 44. Şafranko, 45+1 - Solve, 41-öz qapısına.
Aris (Yunanıstan) - ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN) 2:2 (1:2)
Fabiano, 62. Monçu, 90 – Boli, 11. Felipe Santos, 38-p.
Hayduk (Xorvatiya) - ZİRƏ (AZƏRBAYCAN) 2:1, əlavə vaxtda (1:1)
Krovinoviç, 19. Benrahu, 95 – Cibrila, 90+3.
İberiya (Gürcüstan) - Levadiya (Estoniya) 2:2, ə.v. (0:1)
Qoşteliani, 40. Aqyakva, 87 – Torres, 48. Kirss, 109.
Differdanj (Lüksemburq) - Nyu Seynts (Uels) 1:0 (1:0)
Haci, 68-p.
İnter Eskaldes (Andorra) - Olimpiya (Soveniya) 1:1 (2:4)
Kalderon, 55 - Koşta Pinto, 42.
Spartak (Slovakiya) - Hibernians (Malta) 5:1 (2:1)
Qolik, 4. Şkrbo, 13. Tomiç, 47. Pedrao, 54-öz qapısına. Azanqo, 57 - Miullen, 37.
Dyor (Macarıstan) - Pünik (Ermənistan) 3:1 (1:2)
Benbuali, 16; 69. Şteful, 90 – Vaqner Qonsalveş, 84.
Spaeri (Gürcüstan) - Austriya (Avstriya) 0:5 (0:2)
Plavotiç, 40. Fits, 41. Meloun, 45+2-p.; 55. Y.Eqqeştayn, 72.
Banqa (Litva) - Rusenborq (Norveç) 0:2 (0:5)
Nordli, 62. Holm, 64.
FK Santa Koloma (Andorra) - Polesye (Ukrayna) 1:4 (2:1)
Kruşinski, 49 – Mixayliçenko, 4. Filippov, 48. Andrievski, 60. Qayduçik, 77.
Dila (Gürcüstan) - Riqa (Latviya) 3:3 (1:2)
Joao Araujo, 15. Bassinqa, 51. Anoff, 81 - Rejinaldo Ramires, 45+7-p. Musa, 64. Çernomordı, 90+6.
Alkmaar (Niderland) - İlves (Finlandiya) 5:0 (3:4)
Perrott, 22; 26. Poku, 36. Kasius, 42. De Vit, 74.
HİK (Finlandiya) - Arda (Bolqarıstan) 2:2, p. – 3:4 (0:0)
Meriluoto, 38. Pukki, 69 – İdovu, 25. Karaqaren, 86.
AİK (İsveç) - Payde (Estoniya) 6:0 (2:0)
Flataker, 16. Miller, 24-öz qapısına. Houv, 45; 54. Saletros, 50-p.; 76.
Zimbru (Moldova) - Astana (Qazaxıstan) 0:2 (1:1)
Ceffri, 18. Kamara, 21.
Milsami (Moldova) - Buduçnost (Monteneqro) 2:1 (0:0)
Jardan, 65. Qınsar, 90+1 – Boyoviç, 55.
Torpedo (Gürcüstan) - Omoniya (Cənubi Kipr) 0:4 (0:1)
Yovetiç, 30; 63. Semedo, 47; 78.
UNA (Lüksemburq) - Dandi Yunayted (Şotlandiya) 0:1 (0:1)
Yovu, 64.
Nımme Kalyu (Estoniya) - Sent Patriks (İrlandiya) 2:2 (0:1)
Patrikeevs, 43. Mannilan, 49 – Redmond, 90+1. Malreni, 90+3.
Beytar (İsrail) - Sutjeska (Monteneqro) 5:2 (2:1)
Atsili, 42. Şua, 45+5. Miça, 51. Kalu, 83. Muzye, 88 – Toskoviç, 11-p. Kopitoviç, 28.
Brondbü (Danimarka) - HB Torshavn (Farer adaları) 1:0 (1:1)
Fukuda, 31.
Universitatya Krayova (Rumıniya) - Sarayevo (Bosniya və Hersoqovina) 4:0 (1:2)
Əl-Hamlavi, 51; 79; 83. Bayaram, 68.
İstanbul BŞ (Türkiyə) - Çerno More (Bolqarıstan) 4:0 (1:0)
Brniç, 17. Krespo, 31. Da Kosta, 36. Operi, 80.
Universitatya Kluj (Rumıniya) - Ararat-Armeniya (Ermənistan) 1:2, ə.v. (0:0)
Lukiç, 13 – Ohanesyan, 53. Ayonqo, 117.
Koper (Sloveniya) - Vikinq (Norveç) 3:5 (0:7)
Yuriç, 3-p.; 45. Manseri, 56 - Svendsen, 19; 52; 90. Austbo, 76; 89.
Makkabi (Hayfa, İsrail) - Torpedo-BelAZ (Belarus) 3:0 (1:1)
Saba, 14. Haziza, 22. Stüart, 79.
Maribor (Sloveniya) - Pakş (Macarıstan) 1:1 (0:1)
Tşipamba, 34 - Harasti, 57.
Neman (Belarus) - Koşitse (Slovakiya) 1:1 (3:2)
Yevdokimov, 90+1 – Domik, 90+3.
Puşkaş Akademiya (Macarıstan) - Aris (Cənubi Kipr) 0:2 (2:3)
Kvilitaya, 32. Kakulis, 78.
Santa Klara (Portuqaliya) - Varajdin (Xorvatiya) 2:0 (1:2)
Vinisius Lopes, 5. Qabriel Silva, 68.
Sparta (Çexiya) - Aktobe (Qazaxıstan) 4:0 (1:2)
Birmançeviç, 58. Rineş, 60. Kuxta, 64. Rahmani, 90+4.
Hapoel (Beer Şeva, İsrail) - AEK (Yunanıstan) 0:0 (0:1)
Akureyri (İslandiya) - Silkeborq (Danimarka) 2:3, ə.v. (1:1)
Ştaynqrimsson, 34. Kyartansson, 85 – Adamsen, 52; 62; 114.
Şarlerua (Belçika) - Hammarbü (İsveç) 1:2, ə.v. (0:0)
Stuliç, 47 – Erabi, 21. Eriksson, 120.
Lozanna (İsveçrə) - Vardar (Şimali Makedoniya) 5:0 (1:2)
Düssen, 16. Kali Sene, 33; 45+2. Aydini, 55. Traore, 84.
Yagelloniya (Polşa) - Novi Pazar (Serbiya) 3:1 (2:1)
Plyulyulyu, 50; 73-p. Romançuk, 90+4 – Abdullahi, 85.
Valyur (İslandiya) - Kauno Jalgiris (Litva) 1:2 (1:1)
Omarsson, 45+4 – Çoqadze, 38. Bençaib, 51.
Jilina (Slovakiya) - Rakuv (Polşa)1:3 (0:3)
Dyuriş, 13. Makuç, 37. Brünes, 52. Diabi-Fadiqa, 72.
Rapid (Avstriya) - Deçiç (Monteneqro) 4:2 (2:0)
Dal, 17. Raduloviç, 27. Vaykselbraun, 69. Mbuyi, 71 – Strikoviç, 60. Sekuloviç, 82.
Priştina (Kosovo) - Larn (Şimali İrlandiya) 1:1, p. – 4:5 (0:0)
Taypi, 10 – Bent, 56.
Dinamo Siti (Albaniya) - Atletik Eskaldes (Andorra) 1:1 (2:1)
Zaberqya, 18 – Berlanqa, 49.
Klaksvik (Farer adaları) - Radniçki (Serbiya) 1:0 (0:0)
Linfild (Şimali İrlandiya) - Jalgiris (Litva) 2:0 (0:0)
Fitspatrik, 6. Offord, 33.
Floriana (Malta) - Ballkani (Kosovo) 1:1 (2:4)
Bella, 38 - Adetunci, 45+3.
Partizan (Serbiya) - Aleksandriya (Ukrayna) 4:0 (2:0)
Miloşeviç, 13; 23; 45. Vukotiç, 63.
Şemrok Rovers (İrlandiya) - Sent Cozefs (Cəbəllütariq) 0:0 (4:0)
Eqnatiya (Albaniya) - Dinamo-Minsk (Belarus) 1:0 (2:0)
Selmani, 77.
Vikinqur (İslandiya) - Vlazniya (Albaniya) 4:2, ə.v. (1:2)
Hafsteynsson, 10. Hansen, 55; 86. Torkelsson, 94 - Bacrami, 26-p.; 85-p.
Danqannon Svifts (Şimali İrlandiya) - Vaduts (Lixtenşteyn) 0:3, ə.v. (1:0)
Hammerix, 79. Eberhard, 105+3. Hasler, 120+2.

İlk oyunları sabah keçiriləcək 3-cü təsnifat mərhələsində cütlər belə formalaşıb: Levski (Bolqarıstan) – SABAH, ARAZ-NAXÇIVAN – Omoniya, Lozanna-Sport (İsveçrə) – Astana, Rapid – Dandi Yunayted, Sparta – Ararat-Armeniya, Alkmaar – Vaduts, Luqano (İsveçrə) – Selye (Sloveniya), Klaksvik – Neman, Riqa – Beytar, Vikinqur – Brondbü, Hayduk – Dinamo Siti, Anderlext - Şerif (Moldova), Larn – Santa Klara, Aris (Cənubi Kipr) – AEK (Yunanıstan), Vikinq – İstanbul BŞ, Ballkani – Şemrok Rovers, Rakuv – Makkabi (Hayfa), AİK – Dyor, Universitatya Krayova – Spartak, Polesye – Pakş, Silkeborq – Yagelloniya, Partizan – Hibernian, Banik – Austriya, Rusenborq – Hammarbü, Sent Patriks – Beşiktaş (Türkiyə), Arda – Kauno Jalgiris, Olimpiya (Sloveniya) – Eqnatiya (Albaniya), Milsami (Moldova) – Virtus (San Marino), Differdanj (Lüksemburq) – Levadiya (Estoniya), Vikinqur (Farer adaları) – Linfild (Şimali İrlandiya).

Seçilən
7
1
football-plus.az

2Mənbələr