Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Avqustun 6-da Polşa prezidenti vəzifəsinin icrasına başlayan Karol Navroçki Milli Assambleyada (parlamentin aşağı və yuxarı palataları - Seym və Senatın iclası) inauqurasiya nitqində bir dəfə də olsun Ukraynanın adını çəkməyib.
Bizimyol.info xəbər verir ki, Navroçki parlamentarilərə müraciətinin beynəlxalq siyasətə həsr olunmuş hissəsində Varşava üçün Avropa İttifaqı (Aİ) çərçivəsində daha suveren siyasətin qurulmasının zəruriliyindən danışıb.
“Mən Aİ daxilində münasibətləri qoruyacağam, lakin Aİ-nin Polşadan səlahiyyətləri almasına heç vaxt razı olmayacağam. Suverenlik istəyən vətəndaşların səsi olacağam”, - deyib.
Bundan əlavə, Polşa dövlətinin yeni başçısı NATO-nun şərq cinahının gücləndirilməsi üzərində çalışacağını vəd edib.
O, NATO-nun şərq cinahında yerləşən doqquz ölkənin (Buxarest doqquzları adlanır) birliyinin Skandinaviya dövlətlərini də əhatə edəcək şəkildə genişlənəcəyinə ümid etdiyini bildirib. "Biz, polyaklar, NATO-nun şərq cinahının yaradılmasına cavabdehik. Bu, mənim prezidentliyimdə diqqət mərkəzində olacaq", - deyən Navroçki qeyd edib ki, onun ambisiyasının Polşa ordusunu "Aİ-nin aparıcı qüvvəsinə" çevirmək olduğunu vurğulayıb.
Polşanın yeni lideri ABŞ-la əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. İyunun 1-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Navroçki 50,89 faiz səs toplayaraq qalib gəlib. Avqustun 6-da o, and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.
O, dəfələrlə Vladimir Zelenskini və Ukrayna hakimiyyətini tənqid edib, onları etibarsızlıqda və Polşa üçün vacib olan tarixi məsələlərə məhəl qoymamaqda ittiham edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.