AZ

Xirosimada atom faciəsinin 80-ci ildönümündə etirazlar baş qaldırdı

Ajans.az Euronews-a istinadən xəbər verir ki,onlar hakimiyyətin dəfələrlə ərazidən uzaqlaşmaq tələbinə baxmayaraq, Atom Bombası Qübbəsinin yaxınlığında toplaşmağa davam ediblər. Etirazçılar nüvə silahlarının tamamilə ləğv edilməsinə və müharibələrə son qoyulmasına çağırıblar. Polis aksiyanın dağıdılması üçün səylər göstərsə də, çox sayda etirazçı parkda qalmaqda israr edib. Yerli media məlumat verir ki, aksiya zamanı mühafizəçilərdən birinə hücum edən şəxs saxlanılıb.

Etiraz, son dövrlərdə beynəlxalq aləmdə, o cümlədən Yaponiyanın daxilində nüvə silahlarının yayılmasının qarşısının alınmasına dəstəyin artdığı bir şəraitdə baş tutub. Tədbirdə iştirak edən bəzi Xirosima sağ qalanları Yaponiya hökumətinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın 1945-ci il atom bombardımanını Vaşinqtonun İranla bağlı mümkün hərbi zərbəsi ilə müqayisə etməsinə susqun qalmasını tənqid ediblər.

Seçilən
8
Ajans.az

1Mənbələr