AZ

Əminəm ki, Qarabağ pley offa yüksələcək Füzuli Məmmədov

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Şkendiya"nın qonağı olan "Qarabağ" Azərbaycana 1:0 hesablı qələbə ilə qayıtdı. Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini bölüşməsini və təmsilçimizin mərhələ adlamaq şanslarını dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şkendiya" möhkəm, emosional, aqressiv komandadır. Belə oynayacaqlarını gözləyirdim. Amma düşünülmüş hücumlarını görə bilmədim. Topu ələ keçirərəkən adətən sağ cinahdan hücum qururdular. Belə həmlələrinin biri ilk yarıda yetərincə təhlükəli alındı. İkinci hissədə də iki oxşar hücumla yadda qaldılar və təmsilçimizə çətin anlar yaşatdılar. Dediyim kimi, müdafiədə çox aqressiv olsalar da, hücumları o qədər də kəsərli deyildi. Ön xətt oyunçularının fərdi keyfiyyətləri daha artığına imkan vermirdi. Bu başqa məsələ ki, "Şkendiya"nın məşqçilər korpusu "Qarabağ"ı yaxşı təhlil etmişdi. Komandamızın hücumlarını əsasən dayaq yarımmüdafiəçiləri ilə başladıqlarını bilirdilər. Bu oyunda Azərbaycan təmsilçisinin müdafiə xəttinin önündə yeni transfer Pedro Bikalyo və Kadi yer almışdı. Meydan sahibləri birinci, ikinci və üçüncü zonada pressinq tətbiq edir, xüsusilə dayaq yarımmüdafiəçilərimizin əl-qol açmasına mane olurdular. Digər tərəfdən ən kreativ oyunçularımızdan birini - Abdullah Zubiri də "bağlamışdılar". İkinci yarının ortalarına qədər bizi uzun ötürmələrlə oynamağa məcbur etdilər. Təbii ki, bu, "Qarabağ"ın öz oyun üslubu deyil, ancaq qısa ötürmələr effekt vermirsə, uzun toplardan istifadə məcburiyyəti yaranır. Yəni Azərbaycan çempionu bu baxımdan bir qədər çətinlik çəkdi. Lakin "Qarabağ"ın oyunçularının fərdi keyfiyyəti bu oyunda çox sayda qol epizodu yaratması ilə nəticələndi. İlk hissədə iki-üç real qol fürsəti yaxaladıq. Fasilədən sonra da həmçinin. Ələ düşən fürsətlərin yarısından faydalanmaq mümkün olsaydı, "Qarabağ" evə böyükhesablı qələbə ilə qayıdardı. Düşünürəm ki, cütün qalibi Azərbaycan çempionu olacaq. Artıq baş məşqçi Qurban Qurbanov və köməkçiləri bu rəqibi daha yaxından tanıyırlar. Skopyedəki matçda mərkəz yarımmüdafiəçisi mövqeyində yer alan Emmanuel Addai boşluqlardan yaxşı istifadə etməyi bacarmadı. Cavab qarşılaşmasında Marko Yankoviç start "11-lik"də yer alsa, Kadi öz mövqeyində oynasa, Addainin etmədiyini edə bilər. Əminəm ki, "Qarabağ" pley-offa yüksələcək".

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr