"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı və məşhur model Corcina Rodrigez "Instagram"da yeni paylaşım edib.
Publika.az xəbər verir ki, "Baş verənləri üzərimə götürmürəm, çünki xarici heç nə mənə hökm edə bilməz", - deyə Corcina paylaşımına yazıb. O, bu sözləri bədən quruluşunu ön plana çıxaran dar top və mini ətəkdə çəkilmiş bir neçə fotoyla müşayiət edib.
Bir sıra media orqanları onun yeni görüntülərini yüksək qiymətləndirərək, Rodrigezin bədən quruluşunu cazibədar kimi xarakterizə edib: "Onun bədəni qum saatı və ya armud tipli fiqura xas olan incə bel, geniş ombalar və dolğun bədən xətləri ilə seçilir. Ətək və top bu formaları vurğulayır. Ayaqları incə, lakin əzələli görünür, bu da onun fiziki hazırlığının yüksək olduğunu göstərir. Belə fiqur çox zaman cazibə və cinsiliyin simvolu kimi qəbul olunur".
Qeyd edək ki, hazırda onun "Instaqram"da 67,7 milyon izləyicisi var.