AZ

Yenə Çin, yenə virus, yenə qapanma: COVID-də olduğu kimi

Çində ağcaqanadlar vasitəsilə  Chikungunya (CHIKV) virusunun yayılması səbəbindən COVID-19 pandemiyası zamanı istifadə edilənlərə bənzər profilaktik tədbirlər tətbiq edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İngiltərənin "The Independent" qəzeti yazır.

Nəşr bildirir ki, Çində 7 mindən çox yoluxma halı qeydə alınıb. Hadisələrin əksəriyyəti ölkənin ən böyük istehsal mərkəzi olan Foşanda aşkarlanıb.

Chikungunya virusu ağcaqanadlar tərəfindən daşınır və 40 dərəcəyə qədər qızdırma, baş ağrıları, ürəkbulanma, əzələ və oynaq ağrılarına səbəb olur. Nəşr yazır ki, Çində epidemiyanın aradan qaldırılması üçün milli səviyyəli protokollardan istifadə olunur.

Məqalədə deyilir: "Səlahiyyətli orqanlar geniş yayılmış dezinfeksiyaedici çiləmə də daxil olmaqla, COVID pandemiyası zamanı istifadə olunanlara bənzər ciddi profilaktik tədbirlər tətbiq ediblər".

Bundan əlavə, Çin sakinlərinə evlərində çiçək qablarında, qəhvə maşınlarında və ya butulkalarda durğun sudan qurtulmaq əmri verilib. Bu tələbin pozulması 10 min yuana qədər cərimə ilə cəzalandırılır.

Azərbaycanda bu xəstəliyə yoluxma halı aşkarlanmayıb.

Seçilən
71
cebheinfo.az

1Mənbələr