
Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” 2025-ci ilin ikinci rübündə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox azaldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin maliyyə hesabatında öz əksini tapıb.
Şirkət azalmanın digər məsələlərlə yanaşı, aprel ayında ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları ilə bağlı olduğunu bildirib.
Şirkət həmçinin, bildirib ki, qeyd olunan aylar üzrə gəlir xalis mənfəət 2024-cü ilin eyni rübünün nəticələri ilə müqayisədə 50,2% azalaraq, 196,6 milyard yen (1,33 milyard dollar) təşkil edib.
Şirkət cari maliyyə ili üçün (2025-ci ilin aprelindən 2026-cı ilin martına qədər) xalis mənfəətin əvvəlki hesabat dövründən 49,8% azalaraq, 420 milyard yen (2,84 milyard dollar) olacağını proqnozlaşdırır.
Eyni zamanda, müəyyən edilmiş dövr üçün rüsumlardan ümumi itkilər 450 milyard yen (3 milyard dollardan çox) həcmində qiymətləndirilir.
Qeyd edək ki, iyul ayında Yaponiyanın Baş naziri Siqeru İsiba Tokio və Vaşinqtonun Vaşinqtonun yapon mallarına rüsumları əvvəlcədən elan edilmiş 25%-dən 15%-ə endirməsi barədə razılığa gəldiyini bildirib.
Bundan əlavə, ABŞ-nin aprel ayında tətbiq etdiyi Yaponiya avtomobillərinə tariflər də 15%-ə endirilməsi nəzərdə tutulub.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp tərəflərin Yaponiyanın ABŞ-yə 550 milyard dollar sərmayə qoymasını nəzərdə tutan “külli miqdarda razılaşma” əldə etdiyini təsdiqləyib.