ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliyanın Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovis "Qarabağ"a keçməyə çox yaxındır. Sport24.az-ın əldə etdiyi məlumata görə, forvard avrokuboklarda pley-off mərhələsinin oyunlarınadək Azərbaycan çempionunun düşərgəsində olmalıdır.
Onun yaxın zamanda Bakıya gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı oyunçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində "İnternasional", "Leykşoeş", "Eştoril" klublarında oynayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.