2025-ci ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 589,2 milyon manat daxil olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır. Eyni zamanda, gömrük daxilolmaları üzrə plan 2,8% az icra edilib.
Cari il üçün DGK-nın dövlət büdcəsinə ümumilikdə 6,6 milyard manat köçürməsi nəzərdə tutulub. İlin ilk 7 ayında bu məbləğin 54,4%-i təmin edilib.
Aytac