AZ

Azərbaycanın dövlət büdcəsinin profisiti artıb

2025-ci ilin yanvar-iyulunda  Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 480,9 milyon manat, xərcləri isə 19 milyard 944,6 milyon manat təşkil edib.  Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 % və 2,5 % çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Büdcə gəlirləri proqnozdan 3,1 % çox, büdcə xərcləri isə proqnozdan 1 % az icra edilib.

Son nəticədə 7 ayda büdcədə 3 milyard 536,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 13,1 % çoxdur.

Aytac

Seçilən
9
5
anews.az

6Mənbələr