Birinci Liqanın debütantı "Səbail" ötən mövsüm Premyer Liqada çıxış edən komandanın üzvlərinə borclu qalıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əsas komandanın futbolçularının maaşlarını indiyə kimi verməyib.
Bu haqda saytımıza danışan, ancaq adının çəkilməsini istəməyən futbolçulardan biri klubun onlara bu ilin may ayının maaşını ödəmədiyini deyib.
Məsələyə "dənizçilər"in rəhbərliyindən münasibət öyrəndik. Bir müddət əvvəl, ötən sezondan 500 min manat qənaət edildiyini dilə gətirən Bayıl klubunun icraçı direktoru Firuz Abdulla xəbərimizi təsdiqləyib: "Doğrudur, bir ayın maaşı qalıb. Mövsümün son ayının - mayın maaşları ödənilməyib. Yaxın günlərdə borcumuzu ödəyəcəyik. Yeni mövsümün startına kimi borc bağlanacaq. Ödənişlə bağlı problem olmayacaq".
Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra I Liqaya yuvarlanıb.
Mirağa