"Araz-Naxçıvan" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Cənubi Kipr "Omoniya"sını qəbul edəcək.
"Football-plus.az" Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovdan son durumu və matç üçün satılan biletlərin sayını soruşub.
Məlum olub ki, komandada nə sözügedən turnirin 2-ci təsnifat mərhələsinin "Aris"ə qarşı cavab matçında (2:2, ilk oyun - 2:1) qırmızı vərəqə alan İqor Ribeyrodan başqa cəzalı var, nə də zədəli. Sahibini tapan biletlərin sayı isə 800-dü. Əsas satışın sabah olacağı proqnozlaşdırılır. Ona görə ki, oyun günü biletlər təkcə "Neftçi Arena"nın yox, həm də matçın keçiriləcəyi "Liv Bona Dea Arena"nın kassalarında satılacaq.
Saat 20.00-da başlayacaq oyun "CBC Sport"un efirində canlı yayınlanacaq.
Onu da xatırladaq ki, daha əvvəl "Omoniya" azarkeşlərini Bakıya gətirə bilməyəcəyini açıqlayıb. Buna müvafiq icazələrin vaxtında alına bilməməsi səbəb olub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta