FIFA-nın keçmiş hakimi, vyetnamlı hakim Çan Din Thin məşq zamanı təmrinlərin icrası zamanı qəfildən 43 yaşında vəfat edib.
Arena.az bu barədə Vyetnam Futbol Federasiyasının mətbuat xidmətinə (VFF) istinadən məlumat verir.
“Tuoi Tre” nəşrinin məlumatına görə, hakim mövsümöncəsi dözümlülük üzrə təmrinləri icrası zamanı dünyasını dəyişib. Hakim 4000 metr məsafəyə qaçış zamanı yeddinci dövrəni qaçarkən huşunu itirib. Thinə ilkin tibbi yardım göstərilib, hakim xəstəxanaya təxliyə edilib. Ancaq buna rəğmən həkimlər Thinin həyatını xilas edə bilməyiblər.
Çan Din Thin FIFA hakimi məqamını 2019-cu ildə alıb. Vyetnam çempionatındakı işi müqabilində Thin 2024-cü ildə “Bürünc fit” mükafatına, 2025-ci ildə isə “Gümüş fit” mükafatına layiq görülüb.