AZ

ARDNF 7 ayda büdcə öhdəliyini tam icra edib

2025-ci ilin yanvar-iyulunda Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 8 milyard 447,3 milyon manat təşkil edib. Bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

ARDNF 2025-ci ilin ilk yarısında 3,72 milyard ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Fondun məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artım deməkdir

Bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 7 aylıq ödəniş tam icra edilib.

Aytac Zeynalova

Seçilən
4
anews.az

1Mənbələr