Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Tottenhem” “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi portuqaliyalı futbolçu üçün artıq rəsmi təklif göndərib. 26 yaşlı hücumçunun transfer qiyməti 70 milyon avro olaraq qiymətləndirilir.
Rafael Leao geridə qalan mövsümdə “Milan”ın heyətində ümumilikdə 51 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.