AZ

Alimlər yaşana bilən super Dünya kəşf ediblər

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çin Elm Akademiyasına bağlı Yunnan Astronomiya Rəsədxanasının rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu, Günəşə bənzər bir ulduzun yaşana bilən bölgəsində yeni bir super Dünya planeti kəşf edib.

Bizimyol.info xəbər verir ki, "Kepler-725c" adlandırılan bu planet, Transit Vaxtı Dəyişməsi (TTV) adlı yeni bir metodla aşkar edilib.

Bu kəşf, dünya xarici həyat axtarışında əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər.

İndiyə qədər, planetlər adətən keçid metodu (bir planetin ulduzun önündən keçərkən səbəb olduğu parlaqlıq azalması) və ya radial sürət metodu (ulduzun salınım hərəkətlərini izləyərək planetin aşkar edilməsi) ilə kəşf olunurdu. Ancaq bu metodlar, kiçik və uzun orbit dövrləri olan planetlər üçün qeyri-kafi sayılır.

Yeni kəşfdə istifadə edilən TTV (Transit Vaxtı Dəyişməsi) metodu isə, bir ulduz sistemindəki tanınmış bir planetin orbit vaxtlamasındakı dəyişiklikləri analiz edərək, sistemdə gizli başqa bir planetin mövcudluğunu aşkar edir.

Bu texnika ilə, sistemdə əvvəllər bilinən "Kepler-725b" adlı qaz nəhənginin 39,6 günlük orbitindəki vaxtlamadakı dəyişikliklər araşdırılıb. Bu dəyişikliklərin səbəbinin, eyni sistemdə gizli bir planet olan "Kepler-725c" olduğu müəyyən edilib.

Yeni kəşf olunan "Kepler-725c" "G9V" tipi bir Günəşə bənzər ulduzun ətrafında 207,5 günlük bir orbitdə dövr edir. Ulduzdan aldığı enerji, Dünyanın aldığı enerjidən təxminən 40% daha çoxdur. Bu da planetin orbitinin əhəmiyyətli bir hissəsinin "yaşana bilən bölgə" daxilində yerləşdiyini göstərir.

Planetin kütləsi Dünyanın təxminən 10 qatıdır və bu da onu "super Dünya" kateqoriyasına daxil edir. Hazırda səthində su və ya həyat olduğu ilə bağlı birbaşa bir sübut yoxdur, amma şərtlər bu ehtimalı istisna etməyəcək qədər uyğundur.

"Kepler-725c" birbaşa müşahidə edilməmiş, amma varlığı riyazi olaraq sübut edilmiş ilk yaşana bilən super Dünya nümunələrindən biri olub. Bilim adamları, bu cür sistemlərin çox sayda olduğunu və TTV kimi metodlarla aşkar edilə biləcəyini düşünürlər.

Tədqiqatçılar, Çinin "Earth 2.0" peyki ilə Avropa Kosmik Agentliyinin PLATO missiyasının işə salınması ilə, bu metod vasitəsilə daha çox yaşana bilən planetin kəşf ediləcəyini qeyd edirlər.

“Kainatda təkikmi?” sualı, bu kəşflə bir daha aktual oldu. "Kepler-725c" kimi planetlər, bu sualın elmi cavabına bir addım daha yaxınlaşmağımıza kömək edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr