London "Arsenal"ının zədə səbəbindən əməliyyatdan sonra bərpa prosesi keçən müdafiəçiləri - Qabriel Maqalyans və Yurrien Timber sıraya dönüblər.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu "topçular"ın sonuncu məşqinə qoşulublar.
Maqalyans apreldə bud nahiyəsindən, Timber isə mayda topuğundan əməliyyat olunmuşdu.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ilk turunda, avqustun 17-də "Mançester Yunayted"lə qarşılaşacaq.