AZ

Şahin Şıxlinski Yekaterinburqdakı təcridxanada təkadamlıq kameraya yerləşdirilib

 Ural bölgəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski Rusiyada cinayət işi çərçivəsində həbs olunaraq Yekaterinburq şəhərində yerləşən 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. Bu barədə Ura.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Kameranın təxminən 6 kvadratmetr sahəsi var, içərisində çarpayı, unitaz, masa və rəf mövcuddur. Şıxlinski yaxınlarından sovqat və kitab almaq hüququna malikdir.

Hüquq müdafiəçisi Aleksey Sokolovun fikrincə, bu qərar onun təhlükəsizliyi ilə bağlı qəbul olunmuş ola bilər.

Şıxlinski avqustun 2-də Moskvada hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Onun barəsində qətl cəhdində və xüsusi təyinatlı əməkdaşa qarşı zorakılıqla bağlı  ittiham irəli sürülüb.

Şıxlinski ittihamları rədd edir.

N.Təbrizli

Seçilən
7
1
anews.az

10Mənbələr