AZ

Netanyahunun Qəzza planı İsrail ordusu ilə gərginliyə səbəb olub

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında 5 avqust tarixində keçirilmiş iclasda ciddi mübahisə baş verib.

Gərginliyə səbəb Netanyahunun bütün Qəzza zolağında əməliyyatların genişləndirilməsi planı olub. Bu barədə İsrailin dövlət telekanalı KAN məlumat yayıb.

Zamir baş nazirə bildirib ki, plan ölkəni “tələ”yə salır, İsrail ordusu üçün ciddi itkilərə səbəb ola bilər və HƏMAS-ın əlində olan girovların həyatını təhlükə altına atır.

Bundan əlavə, Baş Qərargah rəisi Netanyahunun oğlu Yair Netanyahunun onu “çevriliş cəhdinin başçısı” adlandırmasına da toxunub və bu cür hücumların müharibə şəraitində niyə baş verdiyini sorğulayıb. Netanyahu isə cavabında bildirib ki, oğlu artıq böyüyüb və öz sözlərinə görə özü cavabdehdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr