ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib
Avqustun 6-na keçən gecə Rusiya qaz infrastrukturu obyektinə - Ukrayna-Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində Ukraynanın GTS Operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Bu kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutda iştirak edirdi və artıq bu stansiya vasitəsilə ABŞ-dan LNG və sınaq həcmində Azərbaycan qazı tədarük edilirdi.
"Dünən gecə bu təchizatları təmin edən avadanlıq onlarla hücum pilotsuz uçan aparatının hücumuna məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, qəsdən enerjiyə, eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşları ilə münasibətlərinə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı endirdiyi zərbədir", - məlumatda deyilir.
Qeyd edək ki, “Naftoqaz” şirkətlər qrupu Azərbaycan təbii qazının alınmasına dair ilk müqaviləni SOCAR Qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə imzalayıb.
Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi ilə Trans-Balkan marşrutu ilə qaz tədarükü ilk dəfə sınaq rejimində başlayıb.
Oxuməni.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.