Bakı. Trend:
Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib.
Trend-inməlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsindəfəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarınıntelefon (məftilli və simsiz) çəkilişi xidməti ilə bağlı tarif ƏDVdaxil olmaqla 30,0 manat təsdiq edilib. Bu tarifətelefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədəktelekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlıbütün xərclər daxildir.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabittelefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunəhaqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5manat, qeyri-əhali üçün 7,0 manat təsdiqedilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faksaparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı iləbağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiqedilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabittelefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası(rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxilolmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib.Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdəisə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalıtətbiq ediləcək.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulantaksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarifƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili)istiqamətdə 0,02 manat, şəhərlərarası(rayonlararası) istiqamətdə 0,05 manat təsdiqedilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar(mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar)həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarifbütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün0,50 manat təsdiq edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nömrə daşınması üzrəmərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar,ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərənsellülar (mobil) telefon telekommunikasiya operatorlarınıntelekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyəgörə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric0,65 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərənsabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarınıntelekommunikasiya şəbəkələrində telefon nömrələrininaktivləşdirilməsi, sabit və sellülar (mobil) telefon nömrəsininabunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi,sellülar (mobil) telefon nömrəsinin dublikatının verilməsi,abunəçilərin müraciəti əsasında sabit və sellülar (mobil) telefonnömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDVxaric 0,30 manat təsdiq edilib.
Bu qərarın 1-8-ci hissələri ilə təsdiq edilən tariflər“Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilmiş qaydadaverilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiyaşəbəkəsində fəaliyyət göstərən bütün sellülar (mobil) və sabittelefon telekommunikasiya operatorlarına şamil olunacaq.
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib,avqustun 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,avqustun 7-də qüvvəyə minəcək.