AZ

Kamerunlu hücumçu Premyer Liqa klubu ilə anlaşdı, transfer son anda…

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Karvan”ın Runi Eva ilə maraqlandığını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi kamerunlu futbolçu ilə bütün məsələlərdə razılıq əldə edib. Eva maaş məsələsində də “Karvan”la anlaşıb.

Ancaq transfer son anda baş tutmayıb. Yevlax klubunun məşqçilər heyəti 28 yaşlı futbolçunun keçidinə müsbət rəy verməyib. Evanın hazırkı durumu mütəxəssisləri qane etməyib.

Kamerunlu hücumçu ötən mövsümü İranın “Mes Kerman” klubunda keçirib. O, hazırda azad agentdir. 

Təcrübəli oyunçu 2023-2024-cü illərdə “Turan Tovuz”da çıxış edib. 28 yaşlı forvard ötən mövsüm İran klubunda 10 oyunda meydana çıxıb və qol vurmayıb.

Seçilən
9
1
idmanxeber.az

2Mənbələr