AZ

Frank Mill dünyasını dəyişdi

Almaniya yığmasının keçmiş futbolçusu, mərkəz hücumçusu Frank Mill avqustun 5-də ürək tutmasından 67 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə Alman Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən məlumat verir.

Cari ilin may ayında Mill Milanda taksidə ikən ürəktutması keçirmiş və reanimasiya yerləşdirilmişdi. Bir müddət sonra Mill doğma Essen şəhərindəki xəstəxanaya köçürülmüşdü. Mill məhz burada vəfat edib.

Frank Mill “Rot-Vayss”ın məzunudur. Mill, karyerası ərzində həmçinin Mönhenqladbax və Dortmund “Borussiya”ları və Düsseldorf “Fortuna”sı üçün çıxış edib.

Frank klub karerası ərzində 648 oyun keçirib, 252 qol vurub, 47 məhsuldar ötürmə verib.

Mill 1982-ci ilin mart ayında debüt etdiyi Almaniya yığması üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 17 oyuna çıxıb.

Frank Dordmund “Borussiya”sı ilə Amaniya Kubokunun (1988/1989) və Almaniya Super Kubokunun (1989/1990) qalibi olub. Mill həmçinin Almaniya yığması ilə İtaliyada keçirilmiş 1990-cı il dünya çempionatının (DÇ-1990) qalibi olub, həmçinin 1998-ci il Seul Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Seçilən
66
arena.az

1Mənbələr