AZ

“Azərbaycan futbolunu məhv edən elə Ramil Musayevin özüdür” 

İdman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı Azərbaycan futbolundakı hazırkı vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.

“Yeni Sabah”a açıqlamasında N. Muxtarlı bildirib ki, istər Konfrans Liqası, istərsə də Avropa Liqasında zəif komanda olmur:

“Münasib püşkatma deyəndə ki, istər Konfrans Liqası, istərsə də Avropa Liqasında zəif komanda olmur. Avropada klub futbolu son illərdə olduqca ciddi şəkildə inkişaf edir. Bunu Qurban Qurbanov özü etiraf edir. O deyir ki, mən hər il Avropa Liqası ilə qarşılaşanda görürəm ki, onlar nə qədər inkişaf edir. Bu, Azərbaycan futboluna bir mesaj idi. O demək istəyirdi ki, bir güllə bahar olmaz, yəni sadəcə “Qarabağ”ı əlimizdə tutaraq güclü nailiyyətlər əldə edə bilmərik.  Sezar pizza

Futbolu inkişaf etdirmək üçün rəqabət lazımdır. Ona görə də “Qarabağ”a davamlı rəqabət apara biləcək komanda lazımdır. İnkişaf rəqabət olan yerdədir. Şotlandiya futbolunda iki komandanın rəqabəti var və bir neçə il qabaq bu komandalardan birinə cəza verib aşağı liqaya göndərmişdilər. İki illik rəqabətsiz çempionatdan sonra orada onların yadda qalan heç bir anı və ya xüsusi bir qarşılaşması qalmamışdı” – deyə Muxtarlı vurğulayıb.

Jurnalist qeyd edib ki, əgər “Qarabağ” Azərbaycan liqasından çıxarılarsa, ortada rəqabət apara biləcək başqa klub qalmayacaq:

“Biz “Qarabağ”ı Azərbaycan Liqasından çıxarsaq, görərik ki, əldə qalan başqa heç bir komanda yoxdur. Legioner limitini azaldırlar və düşünürlər ki, bu, müsbət təsir göstərib yaxşı nəticələr verəcək. Klublar gedib şişirdilmiş qiymətə oyunçular gətirirlər. Normalda öz ölkəsində 5000 avro maaş alan bir oyunçunu bura 20 min avro maaşa gətizdirirlər, onun 10 minini oyunçuya verib, qalan 10 minini də hansısa dələduzlar mənimsəyir. Bəzi komandalarımız birbaşa bununla məşğuldurlar. 

Dövlət futbolun inkişafına külli miqdarda vəsait ayırır. Amma bu pullar kimlərin əlindədir, klublar kimlərin nəzarətindədir, niyə ikinci “Qarabağ” yaranmır, niyə “Neftçi”nin büdcəsi “Qarabağ”ınkı ilə eynidir, amma “Qarabağ” ola bilmir – hamısı sual altındadır”.

Natiq Muxtarlı Ramil Musayev haqda sərt fikirlər səsləndirib: 

“Ramil Musayevdən soruşmaq lazımdır ki, Azərbaycan milli komandası var idi ki, ona bir “rəhmət də oxuyursan”?  Ramil Musayevin sözlərinə çox fikir vermək lazım deyil, Azərbaycan futbolunu öldürən elə məhz onun özü olub. Amma təəssüf ki, cəzasızlıq mühitinə görə on heç kim heç nə demir. İndi Ramil Musayevin əlindən  hər bir səlahiyyət çıxıb və oturub orada bekarçılıqdan Azərbaycan futboluna rəhmət oxuyur. Azərbaycan futbolu məhz elə onun vaxtında ölüb”.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr