Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Çində ağcaqanadlar vasitəsilə Chikungunya (CHIKV) virusunun yayılması səbəbindən COVID-19 pandemiyası zamanı istifadə edilənlərə bənzər profilaktik tədbirlər tətbiq edilib.
Azərbaycanda bu virusa yoluxma riski insanlar arasında narahatlıq yaradır.
Bəs hazırda ölkəmizdə bu virusa yoluxma halları varmı?
“Cehbeinfo.az”- ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, Azərbaycanda insanlar arasında virusa yoluxma müşahidə edilməyib:
“Ölkəmizdə chikungunya virusuna yoluxma halı qeydə alınmayıb”.
Gülər
“Cebheinfo.az”
Açar sözlər:
Çin virus Azərbaycan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.