AZ

ABŞ-ın mübahisəli viza qərarı: Bu iki ölkədən depozit tələb edilir

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti müəyyən ölkələrdən olan əcnəbilərdən turist və biznes vizaları üçün 15 min dollara qədər depozit qoymağı tələb edən pilot proqrama başlayır.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, pilot proqram Zambiya və Malavidən ABŞ-a viza müraciətləri edənlər üçün tətbiq olunacaq.

Avqustun 20-dən etibarən başlayan layihədə bu iki ölkənin vətəndaşları tərəfindən depozitə qoyulmuş vəsait ABŞ səfəri başa çatdıqdan sonra öz ölkələrinə qayıtdıqlarında hesablarına qaytarılacaq.

Qeyd olunub ki, bu tədbir ABŞ-a daxil olmaq istəyən şəxslərin lazımi maliyyə öhdəliklərinə əməl edib-etmədiyini yoxlamaq və bəzi şəxslərin ölkəyə giriş prosesinin daha tənzimlənmiş şəkildə aparılmasını təmin etmək məqsədilə həyata keçirilib.

Seçilən
94
publika.az

1Mənbələr