AZ

“Beşiktaş” heyətini gücləndirdi

“Beşiktaş” “Lester Siti”nin dayaq yarımmüdafiəçisi Vilfred Ndidi ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, transfer artıq həll olunub. “Beşiktaş” 28 yaşlı nigeriyalı futbolçu üçün 9,5 milyon avro ödəyəcək.

O, klubla 3+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ndidi 2017-ci ildə “Genk”dən “Lester Siti”yə keçmişdi. O, ötən mövsüm 30 oyunda 1 qol və 5 assistlə yadda qalıb.

Seçilən
14
1
idmanxeber.az

2Mənbələr