AZ

Kəsilmiş qovun 10 gün təravətli qalsın!

 Plastik torba ilə ilk günkü kimi ömrünü uzadan üsul


Yay aylarının ən çox sevilən meyvələrindən biri olan qovun, şirin ətri və ləzzəti ilə bir çox insanın favoritidir. Lakin bu ləzzət bombasının təravətini və əla dadını uzun müddət qorumaq hər zaman asan olmur. 

Sherg.az qovunu uzun müddət təravətli saxlamağın sirlərinə dair məsləhətləri təqdim edir.

Yanlış saxlama üsulları qovunun tez yumşalmasına, xarab olmasına və ya dadını itirməsinə səbəb olur. Amma narahat olmayın - düzgün üsullarla qovunu həm təravətli, həm də şirin saxlaya bilərsiniz.

Qovunu saxlamağa başlamazdan əvvəl onun yetişkənlik dərəcəsini düzgün müəyyənləşdirmək çox vacibdir. Çünki hələ yetişməmiş bir qovunun tam yetişmiş bir qovunla saxlanma üsulları tamamilə fərqlidir. Bəs, qovunun yetişkən olub-olmadığını necə anlamaq olar və buna uyğun necə saxlamaq lazımdır?

Əgər qovun hələ tam yetişməyibsə, yəni toxunduqda bir qədər sərtdirsə və ətri zəifdirsə, onu soyuducuya qoymadan əvvəl bir qədər səbirlə gözləmək lazımdır. Belə bir qovunu birbaşa günəş işığından uzaq, sərin və hava keçirməyən yerdə - mətbəx tezgahında və ya kölgəli bir guşədə saxlaya bilərsiniz. Yetişmə prosesi adətən 2-5 gün çəkir.

Lakin əgər qovun tam yetişibsə, gözəl bir qoxu verirsə və üzərinə azca basdıqda yumşaq hiss olunursa, onu dərhal istehlak etmək ən yaxşısıdır. Əgər dərhal yeməyəcəksinizsə, onu soyuducuda saxlayaraq təravətini qorumaq mümkündür. Yetişmiş qovunlar düzgün şəraitdə saxlanmasa, bir neçə gün ərzində xarab olar. Bu səbəbdən soyuducunun tərəvəz bölməsində saxlamaq ən etibarlı üsuldur.

Bütün bir qovunu saxlamaq, kəsilmiş qovuna  nisbətən daha asan və uzunömürlü bir üsuldur. Bütün qovunu yuyulmamış halda plastik torbaya və ya torlu kisəyə qoyaraq soyuducunun tərəvəz bölməsində saxlayın. Niyə yuyulmamalıdır? Çünki qovunun qabığındakı təbii qoruyucu təbəqə nəm ilə təmasda zədələnərsə, çürümə riski arta bilər.

Plastik torba qovunun rütubətini qoruyaraq onun qurumasının qarşısını alır. Bu şəkildə saxlanılan bütün qovun təxminən 7-10 gün ərzində təravətli qala bilər. Amma həftədə bir dəfə yoxlayaraq qabığında yumşalma və ya pis qoxunun olub-olmadığını nəzarətdə saxlayın.

Qovun kəsildikdən sonra vəziyyət daha həssas olur. Havayla təmasda olduqda sürətlə oksidləşir və mikroorqanizmlər üçün əlverişli şərait yaranır. Kəsilmiş qovunun dilimlərini mütləq hava keçirməyən qaba qoymaq lazımdır. Əgər belə bir qab yoxdursa, streç plonka ilə möhkəm bükərək havayla təmasını minimuma endirmək olar. Plastik qutular və ya kilidli soyuducu torbalar bu iş üçün çox praktikdir.

Kəsilmiş qovunu soyuducunun ən soyuq hissəsində, adətən yuxarı rəflərdə və ya tərəvəz bölməsinin ən soyuq yerində saxlayın. Bu şəkildə qovun 2-3 gün ərzində təravətini qoruyur. Lakin bu müddəti aşmamağa çalışın. Əgər onu sadəcə bir neçə saat təravətli saxlamaq istəyirsinizsə, dilimləri təmiz bir qabda soyuq suya batıra bilərsiniz. Bu üsul xüsusilə yay pikniklərində və ya qısa müddətli saxlama hallarında işə yarayır.

Turan

Seçilən
114
1
sherg.az

2Mənbələr