Beyləqan.Trend:
Beyləqanda qohumlar arasında torpaq üstə düşən mübahisə zamanıqadın özünə xəsarə yetirib.
Trend-inQarabağ bürosunun xəbərinə görə, rayonun Birinci Şahsevən sakiniHəsənova Telnarə qardaşı arvadı ilə torpaq üstündə mübahisəedib.
Belə ki, mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqlaxəsarət yetirib. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasınaçatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Baş vermiş mübahisə ilə bağlı Trend-in sorğusuna cavab olaraq Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki,06.08.2025-ci il saat 14:00 radələrində Beyləqan rayonunda xəsarətalması səbəbilə 1 nəfər (qadın cinsli) Beyləqan Rayon MərkəziXəstəxanasına hospitalizasiya olunub.
"1973-cü il təvəllüdlü şəxsə qarın divarının açıq yarasıdiaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi xidmət göstərildikdən sonra müalicəsinidavam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib", - qurumdanəlavə olunub.