AZ

Kənd sakinləri nəhəng pitondan belə qisas aldılar

Banqladeşdə kənd sakinləri keçilərini ovlayan nəhəng pitondan qisas alıblar.

Publika.az xəbər verir ki, bu barədə "Bangla News 24" məlumat yayıb.

Banqladeşin Bobartxol kəndində fermerlər əvvəlcə elə biliblər ki, onların keçilərini kimlərsə oğurlayıb. O vaxta qədər ki, kənd sakinlərindən kimsə altı metrlik piton ilanının növbəti keçini udmağa çalışdığını görənə qədər.

Bildirilir ki, kənd sakini keçinin çarəsizliyini görüb və hay-haray salıb. Kənd camaatı isə dəyənəklərlə silahlanaraq köməyə çatıblar. Onlar ilanı döyməyə başlayıblar. Buna baxmayaraq, piton keçini udub.

Seçilən
33
publika.az

1Mənbələr