AZ

Kevin De Bruyne Konte ilə Qvardiolanın iş prinsipini müqayisə etdi

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne komandanın baş məşqçisi Antonio Konte ilə "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiolanın iş metodunu müqayisə edib. Sport24.az xəbər verir ki, o, bunanla bağlı "Goal" portalına açıqlama verib:

"Deyərdim ki, bu oyuna iki fərqli yanaşmadır. Xosenin oyun fəlsəfəsi topa nəzarət və topa sahib olmaq üzərində cəmləşir. Konte isə daha strukturlaşdırılmış oyun modelinə güvənir. Qvardiola daha çox zona oyunu üzərində işləyir. Fərqlər görünür, hər bir məşqçinin öz prinsipləri və xüsusiyyətləri var".

Qeyd edək ki, 34 yaşlı futbolçu 2015-ci ildən "Mançester Siti"nin formasını geyinib. Bu yay isə İtaliya klubu ilə müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
sport24.az

1Mənbələr