Cənubi Koreyanın KF-21 “Boramae” döyüş təyyarəsi üçün “Hanwha Systems” şirkəti tərəfindən tamamilə milli texnologiya ilə hazırlanan AESA radarının ilk kütləvi istehsal nümunəsini təqdim edilib.
“Poliqon” “Hanwha Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkətin Yongin Kompleks Araşdırma Mərkəzində təqdimat mərasimi keçirilib.
Tədbirdə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Agentliyi (DAPA), Hərbi Hava Qüvvələri, Müdafiə Elmləri Tədqiqat İnstitutu, Texnologiya Keyfiyyət İdarəsi və digər qurumlardan nümayəndələr iştirak ediblər.
Qeyd olunub ki, 2028-ci ilə qədər KF-21 döyüş təyyarələrinə ümumilikdə 40 ədəd AESA radarı quraşdırılacaq.