Idmanxeber.az saytından alınan məlumata görə, ain.az bildirir.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq “Levski”nin heyətində növbəti itki yaşanıb.
İdmanxeber.az xəbər verir ki, Georgi Kostadinovdan sonra Kristian Dimitrov da sıradan çıxıb. 28 yaşlı müdafiəçi “Braqa” ilə oyunda zədələnib və bu gündən etibarən fərdi məşqlərə başlayıb. Onun “Sabah”a qarşı oynamaq ehtimalı azdır.
Qeyd edək ki, “Levski” – “Sabah” oyunu sabah saat 22:00-da keçiriləcək. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.