Argentinalı hücumçu Covanni Simeone bu yay "Napoli"ni tərk edəcək.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu Neapoldan Turinə köçəcək. O, bu gün tibbi baxışdan keçdikdən sonra "Torino" ilə rəsmi müqavilə imzalayacaq.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Napoli" bu keçiddən 8 milyon avro qazanacaq.

Simeone Neapol təmsilçisində keçirdiyi 3 ildə 103 oyunda 14 qol vurmağı bacarıb və 2 dəfə A Seriyasının çempionu olub.