BAKI,TurkicWorld, Nərmin Ağayeva
Türkiyə-Suriya dəyirmi masa toplantısı çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair 10 anlaşma memorandumu imzalanıb.
TurkicWorld xəbər verir ki, Mərasim Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) ev sahibliyi ilə İstanbulda keçirilib.
Tədbirdə Türkiyə ticarət nazirinin müavini Volkan Ağar, Suriya iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal Eş-Şaar, DEİK sədri Nail Olpak, DEİK/Türkiyə-Suriya İş Şurasının nümayəndəsi İbrahim Özçik və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, imzalanan memorandumlardan bəziləri DEİK ilə Dəməşq, Hələb, Lazkiyə və Hama ticarət palataları arasında əməkdaşlığı əhatə edir. Bundan əlavə, Cənub-Şərqi Anadolu İxracatçı Birlikləri ilə Suriya ticarət palataları arasında da bir sıra müqavilələr imzalanıb. Tədbirin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.