AZ

“Sabah”ın rəqibi ciddi itki ilə üzləşib

Bolqarıstanın “Levski” klubu sabah Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, Sofiya təmsilçisinin futbolçusu Kristian Dimitrov görüşü buraxa bilər.

Bu barədə yerli mətbuat məlumat yayıb.

II təsnifat mərhələsində “Braqa” ilə oyunda (0:1) zədə alan müdafiəçi bu gün məşqlərə başlayıb.

Onun matçı buraxacağı gözlənilir. Daha əvvəl yarımmüdafiəçi Georgi Kostadinovun oyunda iştirak etməyəcəyi bildirilib.

“Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 14-də Bakıda olacaq.

ÇL: III təsnifat mərhələsinə start veriləcək - YENİLƏNİR

“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır

Qurban Qurbanov: “Çox istəkli komanda ilə oynayacağıq”

Ceyhun Sultanov: “Bu, o demək deyil ki, "Araz-Naxçıvan" ondan asılıdır”

“Şkendiya”nın kapitanı: “Niyə onları məğlub etməyək?”

Seçilən
29
apasport.az

1Mənbələr