AZ

Türkiyə Superliqasında ən yüksək dəyərli klub bəlli oldu

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasında heyətinin dəyəri ən yüksək olan klub "Qalatasaray"dır.

Oxu.Az xəbər verir ki, heyətinin ümumi dəyəri 311.28 milyon avro olan "Qalatasaray" siyahıya başçılıq edir.

İkinci pillədəki "Fənərbağça"nın heyətinin dəyəri 266.85 milyon avro, üçüncü pillədəki "Beşiktaşın" isə dəyəri 142.50 milyon avrodur.

"Trabzonspor" klubunun heyətinin dəyəri isə digərlərindən çox geri qalır. Belə ki, Qara dəniz təmsilçisinin heyətinin dəyəri cəmi 79 milyon avrodur.

Türkiyə Superliqasında çıxış edən futbolçuların ümumi dəyəri isə 1.18 milyard avrodur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
oxu.az

1Mənbələr