AZ

Su üçün qazılan quyudan təbii qaz tapıldı

Suriyanın Dəməşq şəhərinin yaxınlığında, Akobar qəsəbəsində su üçün qazılan quyuda təsadüfən təbii qaz aşkarlanıb.

Publika.az xəbər verir ki, qaz bir xeyriyyəçinin dəstəyi ilə açılan quyunun 140 metr dərinliyində tapılıb.

Qəsəbə rəhbərliyi və sakinlər Energetika Nazirliyinə məlumat verərək daha geniş araşdırma tələb ediblər. Bələdiyyə başçısı Həsən Salih İsmayıl qeyd edib ki, bu qaz ehtiyatı həm iş yerlərinin yaradılması, həm də yerli iqtisadiyyatın güclənməsi baxımından böyük potensiala malikdir.

O əlavə edib ki, 5 il əvvəl də eyni ərazidə oxşar kəşf baş versə də, siyasi səbəblərlə gizli saxlanılıb.

Seçilən
62
2
publika.az

3Mənbələr