Bakı. Trend:
BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrəÜçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumətrəsmiləri səviyyəsində iclası keçirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Xəzər dənizinindayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətinəsas istiqamətləri müzakirə olunub.
İclasda çıxış edən Baş nazirin müavini Şahin MustafayevXəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artımdinamikasını qeyd edərək bunun həm ikitərəfli, həm də çoxtərəfliformatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığınıbildirib.
Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş IIIXəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiyahəcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrindəəməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeydedib.
Çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd etdi, susəviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu,bu problemin hələ 2022-ci il Aşqabad Sammitində AzərbaycanPrezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspertqrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyinivurğulayıb.
Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verəndəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildəmüzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanıərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinəmümkün təsirləri diqqət mərkəzində olub.
Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyədəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçünelmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın,gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgəproqramların həyata keçirilməsi zəruridir.
İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərinöyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağaimkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işəsalınması təşəbbüsü irəli sürülüb.