Qaraciyərin sağlamlığını yaxşılaşdırmaq üçün bir neçə gündəlik vərdişi inkişaf etdirmək lazımdır.
Publika.az "Terra" nəşrinə istinadən xəbər verir ki, bu barədə dietoloq Sandro Ferraz danışıb. O, müsahibəsində onlardan ən faydalısını açıqlayıb.
Ferraz izah edib ki, qaraciyərin vəziyyətini balanslaşdırılmış pəhriz və spirtli içkilərdən uzaq olmaqla yaxşılaşdırmaq olar, çünki onlar sirroza səbəb olur. Bütün orqanların düzgün işləməsi üçün bol su içmək də vacibdir. Bundan əlavə, mütəxəssis qaraciyərdə yağ yığılmaması üçün çəkiyə nəzarət etməyi də məsləhət görüb.
Həkimin sözlərinə görə, müntəzəm fiziki məşqlər qaraciyərə də fayda verəcək. Ferraz həmçinin antioksidantlarla zəngin qidaların istehlakını artırmağı tövsiyə edib.
O, sonda əlavə edib ki, qaraciyər xəstəliklərinin qarşısını almaq üçün qida rasionunda doymuş yağları məhdudlaşdırmaq, hər hansı xəstəlikdən özünü müalicə etməkdən çəkinmək, vaxtında hepatitə qarşı peyvənd olunmaq, müntəzəm analizlərdən keçmək və varsa şəkərli diabetə nəzarət etmək olduqca vacibdir.